Barselonada Kataloniyanın müstəqilliyinin tərəfdarı olan doqquz radikal həbs edilib
Madrid, 23 sentyabr, AZƏRTAC
Bu gün Barselonada Mülki Qvardiyanın əməliyyatı zamanı 2017-ci oktyabrın 1-də keçirilmiş qanunsuz referendumun ikinci ildönümü və məhkəmənin bu proseslə bağlı qərarı ilə əlaqədar silahlı əməliyyatlar planlaşdıran doqquz radikal həbs edilib.
AZƏRTAC xəbər verir ki, Milli Məhkəmənin hakimi Manuel Qarsia-Kastelyonun sərəncamı ilə sentyabrın 23-də səhər saat 5-də başlayan əməliyyatda təqribən 500 hərbi qulluqçu, o cümlədən Mülki Qvardiyanın antiterror qruplarının üzvləri iştirak ediblər.
Kataloniyanın müstəqilliyinin tərəfdarları olan bu şəxslər CDR separatçı təşkilatının ən radikal cinahının texniki reaksiya qrupuna daxildirlər. Onlar qiyamın təşkilində, terrorçuluqda və partladıcı maddələr saxlanılmasında ittiham olunurlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]