Baş direktor: Enerji keçidi üçün əsas çağırışlardan biri şəbəkənin optimallaşdırılmasıdır
Bakı, 30 sentyabr, AZƏRTAC
Ölkənin enerji keçidində əsas çağırışlardan biri şəbəkənin optimallaşdırılmasıdır. Şəbəkə operatoru və müxtəlif tərəfdaşlarla birlikdə mini-şəbəkələr, enerji saxlama sistemləri, batareya texnologiyaları və digər həllərin tətbiqi üzərində işləyirik. Məqsəd bərpaolunan enerjinin inteqrasiyasını daha çox təmin etməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəməsi olan “SOCAR Green”in baş direktoru Elmir Musayev Bakı İqlim Fəaliyyəti Həftəsinin (BCAW2025) ikinci günündə bildirib.
E.Musayev qeyd edib ki, digər mühüm məsələ layihələrin maliyyələşdirilməsidir.
“Maliyyə dəstəyi xüsusilə beynəlxalq institutlar tərəfindən daha səmərəli və əlçatan olmalıdır. İnsan kapitalının inkişafını prioritetdir. Bu, yalnız mühəndislərin hazırlanması deyil, həm də sənayedə məlumatlılığın artırılmasıdır. Mövzunun əhəmiyyətini hamı dərk etməlidir”, - deyə Elmir Musayev qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]