Baş Dövlət Yol Polisi İdarəsi sürət həddi ilə bağlı sürücülərə müraciət edib
Bakı, 16 may, AZƏRTAC
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.
İdarənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, yollarda sürət həddinin aşılması nəinki qanun pozuntusu, eyni zamanda, insan həyatına yönəlmiş təhlükədir: “Hər il ölkəmizdə qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır. Bu cür məsuliyyətsiz davranış nəticəsində neçə-neçə valideyn övladını, ailələr sevdiklərini itirirlər. Bir saniyəlik ehtiyatsızlıq bir ömrün sonu ola bilər. Sürəti artırmaq nəqliyyat vasitəsinə nəzarəti itirmək, qarşı tərəfdəki günahsız insanların həyatını təhlükəyə atmaq deməkdir. Yol nişanlarında göstərilən sürət həddi sadəcə rəqəm deyil - insan həyatının sərhədidir. Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə müraciət edərək bildirir ki, qanunla müəyyən olunmuş sürət həddinə, yol və hava şəraitinə uyğun hərəkət etsinlər. Unutmayın ki, bir anlıq məsuliyyətsizlik bir ömürlük peşmançılığa səbəb ola bilər”, - deyə müraciətdə qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]
Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol
- 09.06.2026 [14:40]