Baş məşqçi: Avropa çempionatında güclü olduğumuzu bir daha sübut etdik
Bakı, 14 aprel, AZƏRTAC
"Avropa çempionatında güclü olduğumuzu bir daha sübut etdik" .
AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov deyib.
O, komandasının yüksək səviyyədə çıxış etdiyini bildirib: "Nəticəyə görə çox şadam. Gənc idmançılarımız var. Onlar möhtəşəm güləşdilər. Planlarımıza yenə də təlim-məşq toplanışları, daha sonra isə dünya çempionatı daxildir. Lakin bizim üçün əsas Olimpiya oyunlarına hazırlıqdır. Güləş Azərbaycanda milli idman növüdür. Bizə olan etimadı doğrultmaq istəyirik. Üzərimizə böyük məsuliyyət düşür. Dəstəyiniz üçün təşəkkür edirəm".
Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi turnirdə 3 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]