Baş nazir Artur Rasi-zadə: 2016-cı il Azərbaycanda müsbət nəticələrlə yadda qalıb
Bakı, 17 mart, Əsəd Məmmədov, AZƏRTAC
2016-cı ildə ölkənin maliyyə-bank sektorunda müşahidə olunan çətinliklərlə bağlı bu ili mürəkkəb il kimi xarakterizə etmək olar. Vəziyyəti nəzərə alan Prezident İlham Əliyev maliyyə sektorunda idarəçiliyin təkmilləşdirilməsi və iqtisadi dayanıqlılığın təmin edilməsi məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasını və Maliyyə Sabitliyi Şurasını yaratdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında Nazirlər Kabinetinin hesabatını təqdim edən Baş nazir Artur Rasi-zadə deyib.
“Ölkə iqtisadiyyatındakı mövcud problemlər Maliyyə Sabitliyi Şurasında araşdırılaraq onların həllinə yönəldilmiş tədbirlər planı hazırlanıb və aidiyyəti dövlət orqanları tərəfindən icrasına başlanılıb.
Həyata keçirilmiş məqsədyönlü tədbirlər və əvvəlki illərdə yaradılmış güclü iqtisadi potensialdan düzgün istifadə edilməsi iqtisadi durumun sabitləşməsinə gətirib çıxarıb və 2016-cı ili ümumilikdə müsbət nəticələrlə yekunlaşdırmağa imkan verib”, - deyə Baş nazir vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:33]
QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var
- 13.10.2026 [16:47]
QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir
- 13.10.2026 [16:44]
Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb
- 13.10.2026 [14:30]