Baş nazir: “Dərin dövlət”in heç bir müdaxiləsi olmadan ABŞ-ın sülh planını dəstəkləyirik
Tbilisi, 25 fevral, AZƏRTAC
“Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının hökuməti “Dərin dövlət”in heç bir müdaxiləsi olmadan hazırlanan Amerika qətnaməsini - ABŞ hökumətinin sülh planını dəstəkləyirik”.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze söyləyib.
O qeyd edib ki, “Gürcü arzusu” xüsusi olaraq Dövlət Departamentinin heç bir müdaxiləsi olmadan hazırlanmış Amerika qətnaməsini dəstəkləyib.
Bildirilib ki, “Gürcü arzusu” bu planın çox tezliklə uğurlu olacağına ümid edir.
“Bu üç il ərzində biz 600-dən çox sənədə, o cümlədən müxtəlif beynəlxalq formatlarda qəbul edilmiş, Ukraynaya hərbi təcavüzü pisləyən, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən qətnamələrə qoşulmuşuq. Bununla bağlı mövqeyimiz dəyişməz olaraq qalır. Biz Amerika Birləşmiş Ştatlarının hazırladığı, Ukraynanı da dəstəkləyən qətnaməyə qoşulduq. Bizim üçün qurumun müharibəni uzatmağa deyil, sülhə yönəlmiş qətnaməsinə qoşulmaq vacibdir”, - deyə Kobaxidze vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]