Baş nazir Əli Əsədov qazaxıstanlı həmkarının dəvəti ilə Almatıya işgüzar səfər edib
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovun dəvəti ilə yanvarın 30-da Almatı şəhərinə işgüzar səfər edib.
AZƏRTAC xəbər verir ki, Ə.Əsədov səfər çərçivəsində “Digital Almaty 2025” beynəlxalq rəqəmsal forumunda çıxış edəcək. O, həmçinin Avrasiya Hökumətlərarası Şurasının iclasında qonaq qismində iştirak edəcək.