Baş nazir: Gürcüstan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır
Tbilisi, 19 yanvar, AZƏRTAC
Gürcüstan Cənubi Qafqazda uzunmüddətli sülhə nail olmaq üçün işləməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Davos İqtisadi Forumu çərçivəsində keçirilən panellərdən birində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, Ermənistan və Azərbaycan Gürcüstan üçün təkcə tərəfdaş deyil, həm də qardaş ölkələrdir.
O, həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlar platforması kimi Tbilisini təklif edib.
Baş nazirin sözlərinə görə, Ermənistan və Azərbaycan liderlərinin mövqeyi ikitərəfli səviyyədə münasibətlərin olmasıdır və bu, düzgün yoldur.
“Biz başa düşürük ki, bu regionda çoxlu oyunçular var. Əlavə edərdim ki, mən Azərbaycan və Ermənistan liderlərinin bir-biri ilə ikitərəfli müstəvidə münasibətlər qurmaq istəmələri barədə mövqeyini bilirəm. Şəxsən mən hesab edirəm ki, bu, düzgün mövqedir. Çünki vasitəçilərin sayının, maraqlı tərəflərin çox olması prosesi bəzən daha da münaqişəli və qeyri-məhsuldar edir”, - deyə Qaribaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:06]
Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb
- 09.10.2026 [19:31]
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib
- 09.10.2026 [19:22]
İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib
- 09.10.2026 [18:37]
Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib
- 09.10.2026 [17:57]
Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib
- 09.10.2026 [17:29]