Baş nazir: İtaliya “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmağı düşünür
Roma, 12 sentyabr, AZƏRTAC
İtaliya “Bir kəmər, bir yol” təşəbbüsündən çıxmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib.
“İkitərəfli əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərin müzakirəsi məqsədilə Çinə səfər etmək niyyətindəyəm. İtaliya Çin ilə ikitərəfli səviyyədə münasibətləri dərinləşdirmək istəyir”, - deyə Baş nazir bildirib.
“Bir kəmər, bir yol” təşəbbüsü Çinin tarixi İpək yolu üzərində nəqliyyat və infrastruktur layihələri ilə Şərq-Qərb ticarətini stimullaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Ciorcia Meloni sentyabrın 11-də Dohada Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşüb. Görüşdə yaxşı səviyyədə olan ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:47]
İtaliya Avropada yeni müdafiə alyansının yaradılmasını təklif edir
- 05.06.2026 [15:20]
Hesabat: May ayında qlobal ərzaq qiymətləri aşağı düşüb
- 05.06.2026 [15:05]
FAO: Qlobal ət tədarükü son altı onillikdə dörd dəfə artıb
- 05.06.2026 [14:53]
Almaniyada yeni rəy sorğusunun nəticələrinə əsasən AfD birinci yerdədir
- 05.06.2026 [14:48]
Kreml: Putin Zelenskinin açıq məktubu barədə məlumatlandırılıb
- 05.06.2026 [14:01]