Baş nazir: Son illərdə Gürcüstanı tərk edən vətəndaşların sayı ölkəyə qayıdanların sayından çoxdur
Tbilisi, 7 mart, AZƏRTAC
Son illərdə Gürcüstan vətəndaşları arasında mənfi saldo müşahidə olunur, yəni ölkəni tərk edən vətəndaşların sayı ölkəyə qayıdan vətəndaşların sayından çoxdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze “İmedi” televiziyasına müsahibəsi zamanı deyib.
Onun sözlərinə görə, mühacirət Gürcüstan üçün problemli məsələdir və bunun əsas səbəblərindən biri iqtisadi amillərlə bağlıdır.
“İmmiqrasiyaya, yəni Gürcüstana miqrant axınına gəldikdə isə bu da problemli məsələdir və proseslərin düzgün idarə olunmasına ehtiyac var”, – deyə İrakli Kobaxidze bildirib.
Baş nazir qeyd edib ki, ölkəyə miqrant axınını müəyyən edən üç əsas amil mövcuddur.
“Birincisi, Gürcüstanın turizm ölkəsi olmasıdır və buna görə də xarici vətəndaşlara açıqıq. İkincisi, tələbə proqramlarıdır – ölkəmizdə kifayət qədər çox sayda xarici tələbə təhsil alır. Üçüncüsü isə iqtisadi artım və mövcud olan işçi qüvvəsi çatışmazlığıdır. Bu çatışmazlıq tez-tez, ilk növbədə, xarici işçi qüvvəsinə malik şirkətlər tərəfindən doldurulur”, – deyə Kobaxidze vurğulayıb.
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]