Baş prokuror Sumqayıtda vətəndaş qəbulu keçirəcək
Bakı, 28 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyev dekabrın 5-i saat 10:00-da Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayon sakinlərinin müraciətlərini dinləyəcək.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşların qəbulla bağlı qeydiyyatı və Sumqayıt şəhərinə gəlmələrinin təşkili aidiyyəti prokurorluqlar tərəfindən həyata keçiriləcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:40]
Beynəlxalq Türk Akademiyası elmi layihələrini təqdim edib
- 05.06.2026 [15:21]
Baş prokuror Şəmkir rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 05.06.2026 [14:34]