BASKETBOLÇULARIMIZ BELARUSDA TƏLİM-MƏŞQ TOPLANIŞI KEÇİRLƏR
Baş məşqçi Rimas Kurtinaytisin rəhbərlik etdiyi Azərbaycan yığma basketbol komandası təlim-məşq toplanışları keçmək üçün Belarusa getmişdir. Xatırladaq ki, bu, komandamızın xaricdə keçirdiyi ilk təlim-məşq toplanışıdır. Milli komandamız məşqləri “Raubiçi” idman bazasında keçir.
Azərbaycan basketbolçuları Belarusun gənclərdən ibarət yığma komandası ilə yoldaşlıq görüşü keçirmiş və 90:60 hesabı ilə qalib gəlmişlər. Onların bu uğuru azarkeşləri sevindirməyə bilməz, çünki yaxın keçmişdə Azərbaycan basketbolçuları Belarus komandalarına 40-50 xal fərqi ilə uduzurdular. Digər komandalarla da yoldaşlıq görüşləri keçirmək nəzərdə tutulur.
Respublika Basketbol Federasiyasından AZƏRTAC-a bildirmişlər ki, komandamız noyabrın 30-da Bakıya qayıtdıqdan sonra baş məşqçi Rimas Kurtinaytis Belarusda keçirilmiş təlim-məşq toplanışı barədə ətraflı məlumat verəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [17:25]
Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib
- 27.09.2026 [16:05]
Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb
- 27.09.2026 [14:00]
FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir
- 27.09.2026 [11:02]
Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib
- 27.09.2026 [08:00]
Azərbaycan yığması UEFA Millətlər Liqasında mübarizəyə başlayır
- 26.09.2026 [22:14]
“Neftçi” İdman Klubu Anım Gününə həsr olunmuş cüdo turniri təşkil edib
- 26.09.2026 [22:00]