Başqırdıstanda Azərbaycan üçün 2 min tondan artıq buğda emal edilib
Moskva, 24 fevral, AZƏRTAC
Rusiya Baytarlıq və Fitosanitariya Nəzarəti Federal Xidmətinin Başqırdıstan Referent Mərkəzinin mütəxəssisləri fevralın əvvəlindən Azərbaycan üçün yüklənmiş 2 min tondan artıq buğdanı yoxlayıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə mərkəzin mətbuat xidmətinin məlumatında bildirilir. Ümumilikdə 27 dəmir yolu vaqonundan ibarət partiya təhlükəli karantin zərərvericilərinin zərərsizləşdirilməsi üzrə karantin-fitosanitariya yoxlamasından keçib. Vaqonlara yüklənmiş buğda yoxlandıqdan sonra referent mərkəzi tərəfindən obyektdə zərərvericilərin olmaması barədə beynəlxalq səviyyəli karantin-fitosanitariya zərərsizləşdirmə aktları verilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:34]
Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur
- 16.10.2026 [18:43]
218 nömrəli yeni marşrut xətti istifadəyə verilir
- 16.10.2026 [18:40]
Taleh Kazımov: Bu il strateji valyuta ehtiyatımız 700 milyon dollar artıb
- 16.10.2026 [18:33]
Nurcan Kelbuqanov: TBNM müasir, rəqəmsal, multimodal marşruta çevrilməlidir
- 16.10.2026 [18:20]