Başqırdıstanın Sterlitamak şəhərində partlayış baş verib, 3 nəfər həlak olub
Moskva, 18 oktyabr, AZƏRTAC
Başqırdıstanın Sterlitamak şəhərindəki “Avanqard” müəssisəsində baş verən partlayış nəticəsində 3 nəfər həlak olub, 9 nəfər yaralanıb.
AZƏRTAC regional hakimiyyət orqanlarına istinadla xəbər verir ki, Başqırdıstanın Baş naziri Andrey Nazarov partlayış nəticəsində daha 5 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirib.
O, binanın bir hissəsinin zədələndiyini, lakin artıq uçmaq təhlükəsinin olmadığını, müəssisənin normal rejimdə fəaliyyətini davam etdirəcəyini qeyd edib. Hadisənin səbəbləri araşdırılır.
Regionun başçısı Radiy Xabirov həlak olanların hamısının qadın olduğunu dəqiqləşdirib. O, zavoddakı fövqəladə vəziyyətin səbəbinin dron hücumu olması ilə bağlı fərziyyələri rədd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]