BAXÇASARAY QƏBİRİSTANLIĞINDAKI BAZARIN BAĞLANMASI HAQQINDA GÜZƏŞTLİ QƏRAR TAPILDI
Avqustun 13-də gecə imzalanmış sazişə əsasən, bazar sentyabrın 11-dək bağlanmalıdır və o vaxtadək burada hüquq mühafizəçiləri keşik çəkəcəklər.
Baxçasaray bazarı ilə bağlı münaqişə hələ 2004-cü ilin yayında başlanmışdı. O vaxt Krım tatarları bir sıra etiraz mitinqləri keçirərək, bazarı “Əzizlər” adlı qədim müsəlman qəbiristanının ərazisindən çıxarmağı tələb etmişdilər. Rəvayətə görə, Məhəmməd Peyğəmbərin silahdaşlarından birinin, habelə Krım xanlarının torpağa tapşırıldığı bu müqəddəs qəbiristan ötən əsrin 40-cı illərində, Stalin rejiminin bütöv bir xalqı əzəli yurdundan didərgin salaraq, bu yer haqqında xatirəni yaddaşlardan silməyə çalışdığı illərdə dağıdılmışdır.
Avqustun 12-də Krım tatar xalqı Məclisinin Baxçasarayda səyyar iclası keçirilmiş və “Əzizlər” qəbiristanı məsələsi müzakirə edilmişdir. Bu, Krımın Rus İcması tərəfindən qızışdırılan bazar alverçilərini hiddətləndirmişdir. Nəticədə tərəflər üz-üzə gələrək, əlbəyaxa olmuşlar.
Ukraynanın Baş naziri Viktor Yanukoviç də qəbiristanlıq ərazisində fəaliyyət göstərən bazarın bağlanmasını Krıma səfəri zamanı dəstəkləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]
BVF: Yaponiya 2027-ci ildə qlobal ÜDM reytinqində 6-cı yerə düşəcək
- 15.10.2026 [18:19]
Belçikada yeni fəaliyyətə başlayan həkimlərin dörddəbiri xaricdə təhsil alıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]