Bayden Britaniya ilə ticarət sazişinin imzalanmasını təxirə salıb
Bakı, 18 dekabr, AZƏRTAC
ABŞ Prezidenti Cozef Bayden Böyük Britaniya ilə ticarət sazişi imzalamaq planlarını təxirə salıb.
AZƏRTAC xəbər verir ki, “Politico” qəzeti bu barədə öz mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, sənədin imzalanmasının təxirə salınmasına ABŞ Senatının sazişin xüsusiyyətləri ilə bağlı etirazları səbəb olub. Mənbələr çoxsaylı fikir ayrılıqları səbəbindən sövdələşmənin baş tutmayacağını da istisna etməyib.
ABŞ ticarət nümayəndəliyinin ofisi tərəfindən hazırlanan 11 bəndlik saziş layihəsində məsələ ilə bağlı danışıqların 2023-cü ilin sonunadək başlayacağı göstərilib.
Xatırladaq ki, 2021-ci ildə Böyük Britaniyanın Baş naziri və Birləşmiş Krallığı Avropa İttifaqından çıxarmaq üzrə kampaniyanın liderlərindən biri Boris Conson ABŞ-la ticarət sazişini Brexit-in əsas üstünlüklərindən biri adlandırmışdı. Donald Trampın prezidentliyi dövründə bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunmuşdu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]