Bayden HƏMAS-ın İsrailə hücumu zamanı 11 ABŞ vətəndaşının öldüyünü bildirib
Bakı, 10 oktyabr, AZƏRTAC
HƏMAS-ın İsrailə hücumu nəticəsində azı 11 ABŞ vətəndaşı həlak olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan ABŞ Prezidenti Co Baydenin bəyanatında deyilir.
"Təəssüf ki, indi biz bilirik, ən azı 11 Amerika vətəndaşı öldürülüb, İsrail onların əksəriyyəti üçün ikinci vətən idi", - ABŞ lideri bəyanatında bildirib. Bayden, itkin düşmüşlər siyahısında Amerika vətəndaşlarının da olduğunu və Birləşmiş Ştatların onların yerini müəyyən etmək üçün İsrail hakimiyyəti ilə birlikdə işlədiyini vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, İsraili tərk etmək istəyən Amerika vətəndaşları özəl aviadaşıyıcıların xidmətlərindən istifadə etməklə yanaşı, ölkəni quru yollarla da tərk edə bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]