Bayden hesab edir ki, Tramp ABŞ-ın digər ölkələrlə münasibətlərinə “ağlasığmaz zərər” vurub
Bakı, 29 iyun, AZƏRTAC
Donald Tramp ABŞ-ın prezidenti olduğu dövrdə öz fəaliyyəti ilə Birləşmiş Ştatlarla müttəfiqləri və digər dövlətlər arasında münasibətlərə “ağlasığmaz zərər” vurub.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Cozef Bayden bu barədə Demokratlar Partiyasının Milli Komitəsinin ianə toplama tədbirində çıxış edərkən deyib.
“Avropadan yenicə qayıtmışam. Budur nəticə. Bilirəm ki, hamınız prezident kürsüsündə sonuncu oturan şəxsin beynəlxalq miqyasda vurduğu “ağlasığmaz zərəri” başa düşürdünüz”, - deyə Cozef Bayden ad çəkməyərək bildirib. Hazırkı dövlət başçısı sabiq prezidentin ABŞ-ın digər dövlətlərlə münasibətlərinə hansı konkret fəaliyyəti ilə zərər vurduğunu açıqlamayıb.
Qeyd edək ki, Cozef Bayden iyun ayının ortalarında ABŞ administrasiyasının rəhbəri qismində ilk xarici səfərini həyata keçirərək Böyük Britaniyada G7 sammitinə qatılıb. ABŞ Prezidenti daha sonra NATO-nun sammitində iştirak etmək üçün Belçikaya gedib. Bunun ardınca Brüsseldə ABŞ və Avropa İttifaqı arasında yüksək səviyyəli görüş baş tutub. Cozef Bayden sonda Cenevrədə Rusiya lideri Vladimir Putinlə ikitərəfli görüş keçirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]