BAZAR GÜNÜ AZƏRBAYCANDA YAY VAXTI LƏĞV OLUNACAQ
AZƏRTAC-ın verdiyi xəbərə görə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi əhalinin nəzərinə çatdırır ki, Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli 21 saylı qərarına əsasən Azərbaycan Respublikası ərazisində qış vaxtına keçirilməsi hər il oktyabrın axırıncı bazar günü həyata keçirilir. 2005-ci il oktyabrın 30-da saat 5-də əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv ediləcəkdir.