BDU-da Gəncləri Gününə həsr olunmuş kitab sərgisi açılıb
Bakı, 1 fevral, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş kitab sərgisi açılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Sərgidə ölkədə gənclər siyasətini əks etdirən kitablar, rəsmi sənədlər, fotolar, Vətən müharibəsində, olimpiya hərəkatında gənclərin önəmli roluna dair nəşrlər, eləcə də BDU-nun gənc tədqiqatçılarının müxtəlif elmi və dövri mətbuat səhifələrində dərc edilən məqalələri nümayiş olunur.