BDU-da “Qarabağ Azərbaycandır!” tamaşası nümayiş olunub
Bakı, 2 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mədəniyyət-Yaradıcılıq Mərkəzinin hazırladığı “Qarabağ Azərbaycandır!” tamaşası nümayiş olunub.
Əvvəlcə quruluşçu rejissor Vahid Orucoğlu çıxış edərək tamaşanın ali məktəblər arasında ilk dəfə BDU-da səhnələşdirildiyini, aktyorların universitetin tələbələri olduğunu deyib.
Bu barədə AZƏRTAC-a BDU-dan bildirilib.
Sonra tamaşa göstərilib. Tamaşada Vətən müharibəsindən fraqmentlər səhnələşdirilib. Vətənpərvərlik ruhunda yetişmiş gəncliyin müharibə dövründə yaşadığı hadisələr canlandırılıb.