BDU-da ustad dərsi: Davranış biologiyası
Bakı, 2 may, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) “Neyroelm” platformasının təşkilatçılığı ilə tanınmış nevroloq, Avropa Nevrologiya Akademiyasının üzvü doktor Qalib Əsədovun “Davranış biologiyası” mövzusunda ustad dərsi keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Əməkdaşların və tələbələrin iştirak etdikləri ustad dərsində Q.Əsədov şüurun və ali funksiyaların formalaşması, onların mexanizmi, instinktiv davranışlar və ali davranışların fərqi kimi məsələlər haqqında ətraflı məlumat verib. O, həmçinin yaddaşın mexanizmi, qısa və uzunmüddətli yaddaş haqqında söhbət açıb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.