BDU kollektivi Qazaxda Ümummilli Liderin abidəsini ziyarət edib
Bakı, 19 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) kollektivi Qazaxda Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Universitetin nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Sonra BDU kollektivi Qazax rayon Heydər Əliyev Mərkəzi ilə tanış olub.