BDU kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
Bakı, 26 fevral, AZƏRTAC
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Bakı Dövlət Universitetinin (BDU) kollektivi və tələbələri Xocalı soyqırımı abidəsini ziyarət edib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb, faciə qurbanlarının xatirəsi ehtiramla yad olunub.