BDU mədəniyyət hüququ üzrə kadr hazırlığına başlayacaq
Bakı, 25 iyul, AZƏRTAC
Yeni tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin İnsan hüquqları və informasiya hüququ UNESCO kafedrasında magistratura pilləsində mədəniyyət hüququ ixtisaslaşması üzrə kadr hazırlığına başlanılacaq.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, ixtisaslaşma üzrə tədris proqramı mədəniyyət hüququnun beynəlxalq və milli müstəvidə əsaslı formalaşmasına və inkişafına təkan verəcək. Mədəniyyət hüququ ixtisaslaşmasında mədəniyyətin hüquqi tənzimlənməsi, müvafiq qurumların sahəvi səlahiyyətlərinin öyrənilməsi, bu sahədə dövlət siyasəti, milli qanunvericiliyin səciyyəvi təhlili, mədəniyyət təsisatları tərəfindən göstərilən xidmətlərin hüquqi əsasları, mədəniyyət sahəsinin beynəlxalq müstəvidə tənzimlənməsi, mədəniyyət sahəsində insan hüquq və azadlıqlarının təmin edilməsi və digər istiqamətlər üzrə fərdi fənlərin tətbiqi nəzərdə tutulur.
İxtisaslaşmanın əsas məqsədlərindən biri də mədəni irsin qorunmasını təmin edəcək peşəkar hüquqşünasların hazırlanması üçün zəmin yaratmaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:55]
Çinin Anhui Universitetinin nümayəndə heyəti BDU-da olub
- 16.06.2026 [13:23]
Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib
- 16.06.2026 [12:55]
“Doktorantura” adlı metodik vəsait istifadəyə verilib
- 16.06.2026 [12:50]
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
- 16.06.2026 [12:45]
“Krım sevgisi” kitabının 2-ci cildi nəşr olunub
- 16.06.2026 [12:26]
BDU-da yaz imtahan sessiyası davam edir
- 16.06.2026 [12:02]