BDU-nun elmi işçisi İtaliyanın Milli Nüvə Fizikası İnstitutunun konfransında məruzə edib
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynurə Kərimova İtaliyanın Roma şəhərində keçirilən “Nanoscience and Nanotechnology 2023” konfransında “Polimer nanohissəciklər - çatdırılma sistemlərində alət kimi” mövzusunda məruzə ilə iştirak edib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, tədqiqat işində dərmanların çatdırılması üçün polimer nanohissəciklərin xüsusiyyətlərinin qısa icmalı təsvir edilib. Məruzədə nanodaşıyıcıların müxtəlif dərman maddələrinin çatdırılması üçün çoxməqsədli platforma olması barədə məlumat verilib. Bununla yanaşı, nanohissəcik əsaslı dərman çatdırılması ilə bağlı imkanlar və çətinliklər də müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:48]
BDU-da “Azərbaycan dili - açıq dərslər” layihəsinin növbəti görüşü
- 01.10.2026 [16:36]
BMU “ADEX 2026”da tətbiqyönümlü elmi-tədqiqat nəticələrini təqdim edir
- 01.10.2026 [16:17]
BDU tələbələri kibertəhlükəsizlik haqqında məlumatlandırılıb
- 01.10.2026 [16:13]
Pedaqoji Universitetin magistratura plan yerləri 5 ildə 71 faizdən çox artıb
- 01.10.2026 [16:10]
Qərbi Azərbaycanda tarixi abidələrimiz - Göy məscid
- 01.10.2026 [15:45]