BDU-nun Qazax filialında yaz imtahan sessiyasında 1700-dən çox tələbə iştirak edir
Bakı, 5 iyun, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, bakalavriat səviyyəsində 17 ixtisas üzrə 1735, magistratura səviyyəsində 7 ixtisaslaşma üzrə 11 tələbə imtahanlarda iştirak edir.
Yaz imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb, nəzarətçi müəllim-koordinatorların siyahısı təsdiq olunub, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazımi şərait yaradılıb. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.
İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apellyasiya Komissiyası formalaşdırılıb. Filialda “Qaynar xətt” də fəaliyyət göstərir.
Sessiya iyulun 5-dək davam edəcək.