ELM VƏ TƏHSİL
BDU tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq
![BDU tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq](/files/2023/1/1200x630/16788002664223120466_1200x630.jpg)
Bakı, 14 mart, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) tələbələri üçün DOST Agentliyində təcrübə proqramları təşkil olunacaq.
Bu, DOST Agentliyi və BDU arasında imzalanmış anlaşma memorandumunun icrası üzrə birgə fəaliyyət planında əksini tapıb.
BDU-dan AZƏRTAC-a bildirilib ki, birgə fəaliyyət planına əsasən, iki qurum arasında idarəetmə, sosial-iqtisadi, təhlil-statistika, insan resursları, ictimaiyyətlə əlaqələr və s. istiqamətlərdə birgə təlimlərin təşkili, DOST Agentliyinin peşəkar əməkdaşlarının BDU-da ustad dərslərinin keçirilməsi, tədris prosesinə cəlb olunması nəzərdə tutulur.
Birgə əməkdaşlıq çərçivəsində BDU-nun Sosial iş ixtisası üzrə tədris proqramları əmək bazarının tələblərinə uyğunlaşdırılacaq. BDU tələbələrinin DOST Agentliyinin könüllülük proqramında aktiv iştirakı üçün maarifləndirici infosessiyalar keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [17:30]
AzMİU ilə Üsküdar Universiteti arasında əməkdaşlıq qurulacaq
- 02.07.2024 [16:52]
Qarabağ Universitetinə prorektor vakansiyaları elan olunur
- 02.07.2024 [16:15]
ABŞ-ın Şimali Dokota Universitetinin professoru BDU-da elmi seminar keçirib
- 02.07.2024 [15:32]
BANM tələbələri DAAD təqaüdlərini qazanıblar
- 02.07.2024 [15:22]
Yeni çap metodu çevik elektronikaya yol açır
- 02.07.2024 [15:13]
“Şuşa – İslam dünyasının mədəniyyət paytaxtıdır” - elmi konfrans
- 02.07.2024 [14:48]