BDU və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 25 iyul, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Bayburt Universiteti arasında anlaşma memorandumu imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, sənədi BDU-nun rektoru Elçin Babayev və Bayburt Universitetinin rektoru Mutlu Türkmen imzalayıblar.
Memorandum təhsil və tədqiqat sahəsində hər iki universitet arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədini daşıyır. Müqavilə çərçivəsində bakalavr, magistrant, tədqiqatçılar və akademik heyətin mübadiləsi nəzərdə tutulur.
Əsası 2008-ci ildə qoyulmuş Bayburt Universiteti Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunur. Bayburt Universitetində 9 fakültə, 6 peşə məktəbi fəaliyyət göstərir və 16000-dən çox tələbə təhsil alır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [18:42]
BDU Özbəkistanın 9 universiteti ilə əməkdaşlığa başlayır
- 16.10.2026 [17:48]
BDU-da “Azərbaycan dili - Açıq dərslər” layihəsi davam edir
- 16.10.2026 [17:32]
BDU-da Müstəqilliyin Bərpası Günü qeyd olunub
- 16.10.2026 [17:31]
Beynəlxalq konfransda türk dilləri ilə bağlı araşdırmalar təqdim olunub
- 16.10.2026 [17:31]