Bədii gimnastika üzrə Azərbaycan millisinin məşqçisi və gimnastı Əlcəzairdə ustad dərsləri keçiblər
Bakı, 5 yanvar, AZƏRTAC
Bədii gimnastika üzrə Azərbaycan milli komandasının məşqçisi Lalə Məhərrəmova və gimnastımız Zöhrə Ağamirova Əlcəzairdə ustad dərsləri keçiblər.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Afrika Oyunlarına hazırlaşan Əlcəzairin bədii gimnastika üzrə yığma komandasının üzvlərinə ustad dərsləri keçən təmsilçilərimiz onlara bir sıra elementlər göstərib, çıxış proqramlarına düzəlişlər ediblər.
Dərslər çərçivəsində məşqçimizlə və gimnastımızla görüşən Əlcəzairin Bədii Gimnastika Federasiyasının prezidenti Zahi Sofiane onlara “Təşəkkür” plaketi təqdim edib.
Qeyd edək ki, dekabrın 23-də başlayan master-klas yanvarın 8-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]