BƏDİİ GİMNASTİKA ÜZRƏ ÖLKƏ BİRİNCİLİYİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, dekabrın 15-də Bakı Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə uşaqlar və yeniyetmələr arasında Azərbaycan birinciliyi başlanmışdır. Beş yaş qrupu üzrə keçirilən yarışda 90-dan çox idmançı iştirak edir. Yarışda paytaxt gimnastları ilə yanaşı Gəncə idmançıları da mübarizə aparırlar.
Yarışların açılış mərasimində Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Rafiq Rzayev Azərbaycan gimnastlarının son illər qazandıqları nailiyyətlərindən danışmış, idmançılarımızın həm
Avropa, həm də dünya çempionatlarından uğurlu nəticələrlə qayıtdığını söyləmişdir. Bu yarışda iştirakçılarım sayının artması isə respublikamızda bədii gimnastikaya artan marağın nəticəsidir. Bakının son illər həm dünya, həm də Avropa çempionatlarına ev sahibliyi etməsi, bu idman növünün ölkəmizdə populyarlaşmasına gətirib çıxarmışdır.
Birinciliyin ilk günü 1997-98-ci il təvəllüdlü gimnastların çoxnövçülük yarışlarında qaliblər müəyyənləşmişdir. Yarışın nəticələrinə əsasən, alətsiz, ip və halqa ilə hərəkətlərinin cəmində Gülsüm Şəfizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Aynur Mustafayeva ikinci, Cənnət Məmmədova üçüncü yeri tutmuşlar.
Ölkə birinciliyi dekabrın 17-də başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]