Bədii gimnastlarımız ağacəkmə aksiyasında iştirak ediblər
Bakı, 29 dekabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin əməkdaşlarının, idmançıların və könüllülərin iştirakı ilə Xocasən gölünün ətrafında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyada gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, nazir müavinləri, Olimpiya və dünya çempionları, ictimai fəal gənclər də iştirak ediblər.
Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Zöhrə Ağamirova və Arzu Cəlilova da ağacəkmə aksiyasına qoşulublar.
Aksiya iştirakçıları qeyd ediblər ki, mütəmadi olaraq keçirilən ağacəkmə aksiyaları ölkəmizdə təbiətin qorunması, ekoloji vəziyyətin yaxşılaşdırılması üçün mühüm əhəmiyyət kəsb edir.
Ağacəkmə zamanı 1 hektar ərazidə Abşeron yarımadasının iqliminə uyğun minədək Eldar şamı, Şərq çinarı və zeytun ağacları əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]