Azərbaycan Dövlət İnformasiya Agentliyi

Belarus biznesi Azərbaycanda birgə müəssisələrin yaradılmasında maraqlıdır – MÜSAHİBƏ

Belarus biznesi Azərbaycanda birgə müəssisələrin yaradılmasında maraqlıdır – MÜSAHİBƏ

Bakı, 14 may, Tamilla Məmmədova, AZƏRTAC

Belarusun Baş naziri Aleksandr Turçinin Bakıya səfəri Azərbaycan və Belarus arasında ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addım oldu. Danışıqlar zamanı müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə dair əsas məsələlər müzakirə olundu. Bu səfər birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı tədarüklərin və investisiyaların artırılması üçün yeni imkanlar açdı.

Müasir texnologiyalar və zəngin təcrübəyə malik Belarus ilə strateji ortaq mövqeyi və inkişaf potensialı olan Azərbaycan qarşılıqlı faydalı iqtisadi tərəfdaşlığı fəal şəkildə inkişaf etdirməyə hazırdır. Bu əməkdaşlığın perspektivləri və digər vacib məqamlarla bağlı belaruslu analitik, MDB Parlamentlərarası Assambleyasının eksperti Oleq Leşenyukla söhbət etdik.

AZƏRTAC müsahibəni təqdim edir:

- Belarus Baş nazirinin Bakıya səfərinin ikitərəfli iqtisadi münasibətlər baxımından əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Belarus və Azərbaycan arasında yüksəksəviyyəli səfərlər, xüsusilə də iqtisadi əməkdaşlıq kontekstində, hər zaman konstruktiv xarakter daşıyır. Ölkələrimiz arasında artıq uzun müddətdir ki, prezidentlər, hökumətlər, müvafiq qurumlar və işgüzar dairələr səviyyəsində səmərəli işləyən sabit əməkdaşlıq mexanizmləri formalaşıb. Belarus-Azərbaycan hökumətlərarası iqtisadi komissiyası aktiv şəkildə fəaliyyət göstərir, yeni layihələrin irəli sürülməsi və əldə olunmuş razılaşmaların icrasına nəzarət baxımından mühüm rol oynayır. Belarus və Azərbaycan — geosiyasi məkanda oxşar baxışları və dəyərləri bölüşən etibarlı tərəfdaşlar və müttəfiqlərdir. Bu isə müxtəlif sahələrdə birgə proqramların həyata keçirilməsi və yeni ideyaların müzakirəsi üçün əlverişli zəmin yaradır.

- Sizin fikrinizcə, danışıqlarda hansı əsas iqtisadi məsələlər müzakirə olunub?

- Mənim fikrimcə, danışıqlarda əsas prioritet sənaye kooperasiyasının dərinləşdirilməsi və mövcud razılaşmalar çərçivəsində istehsal olunan məhsulların çeşidinin genişləndirilməsi məsələləri olub – xüsusilə bu, yanğınsöndürmə, kommunal və xüsusi texnikanın istehsalına aiddir. Tərəflər, həmçinin daha əvvəl əldə olunmuş razılaşmalara xüsusi diqqət yetiriblər. Bura Qarabağın azad olunmuş ərazilərində mənzil tikintisi, infrastrukturun və istehsal güclərinin inkişafı daxildir. Silahlı münaqişədən sonra bu ərazilərin bərpası asan məsələ deyil: bu, böyük həcmdə maliyyə yatırımları və insan resurslarının səfərbər olunmasını tələb edir. Burada yalnız fiziki infrastruktur deyil, həm də iş yerlərinin yaradılması, regionun investisiya və sosial cəhətdən cəlbediciliyinin artırılması böyük əhəmiyyət daşıyır. Belarus bu işdə mühüm rol oynaya bilər, çünki kənd yerlərinin inkişafı və tam infrastrukturla təmin olunmuş aqroqəsəbələrin yaradılması sahəsində təcrübəyə malikdir. Belarus məhsulları Azərbaycanda artıq uzun illərdir keyfiyyətli və etibarlı brend kimi tanınır. Bu cür birgə layihələr genişmiqyaslı iqtisadi əməkdaşlığın bariz nümunəsidir və tikinti, logistika, təchizat, texnologiyalar, innovasiyalar və digər sahələri əhatə edir.

- Bu gün Belarus və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün ən maraqlı sahələr hansılardır?

- Belarus və Azərbaycan arasında iqtisadi əməkdaşlıq geniş sahələri əhatə edir və qarşılıqlı maraq getdikcə artır. Bunun bariz sübutu 5 may tarixində keçirilmiş Belarus-Azərbaycan biznes-forumudur. Forumun yekununda təxminən 19 milyon dollar məbləğində müqavilələr imzalanıb. Bunlar arasında “Mostovdrev” ASC ilə “Sosna” QSC arasında faner, laminat örtüklər və MDF lövhələrinin tədarükünə dair razılaşmalar, “Kamvol” ASC, “Smart Style” MMC və Bakı Dərzi Evi arasında parça tədarükünə dair müqavilələr, həmçinin “Spartak” ASC və AZNUR arasında qənnadı məhsullarının tədarükünə dair müqavilə yer alır.

Bundan əlavə, təkər məhsulları, aqrar-sənaye kompleksi, aviasiya elmi və texnikası sahələrində də memorandum və sazişlər imzalanıb. Məsələn, “BelOMO” holdinqinin LƏMT Elmi-Texniki Mərkəzi ilə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq barədə razılıq əldə olunub. Bu nəticələr sadəcə maraqdan deyil, bir çox istiqaməti əhatə edən dərin və praktiki əməkdaşlıqdan xəbər verir. Artıq avtomobilqayırma sahəsində uğurlu kooperasiya nümunələri var, liftqayırma və kənd təsərrüfatı texnikası istehsalı, heyvandarlıq, südçülük və quşçuluq sahələrində birgə istehsalat layihələri işlənilir. Belə sahələrə Belarus şirkətləri böyük maraq göstərir və bu da ölkələrimizin iqtisadiyyatlarının bir-birini gözəl şəkildə tamamladığını sübut edir.

- Belarus texnologiyaları və Azərbaycanın iqlimi nəzərə alındıqda, aqrar-sənaye kompleksində əməkdaşlığı nə dərəcədə perspektivli hesab edirsiniz?

- Belarus və Azərbaycan arasında aqrar-sənaye kompleksində əməkdaşlıq son dərəcə perspektivli görünür. Azərbaycanın mülayim iqlimi geniş çeşidli kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün əlverişli şərait yaradır, Belarus isə aqrar sahədə böyük təcrübəyə və müasir texnologiyalara malikdir. Bu texnologiyalara mexanizasiya, aqronomiya, biotexnologiyalar, eləcə də heyvandarlıq, ət-süd və quşçuluq təsərrüfatlarının effektiv idarəetmə modelləri daxildir. Belarus tərəfi aqrar-sənaye kompleksinin inkişafına dair öz təcrübəsini, texnologiyalarını və metodologiyalarını bölüşməyə hazırdır. Bu həllər Azərbaycanın iqlim və torpaq şəraitinə uğurla uyğunlaşdırıla bilər və bu da kənd təsərrüfatının məhsuldarlığını, dayanıqlılığını əhəmiyyətli dərəcədə artıra bilər. Belə bir tərəfdaşlıq birgə istehsal müəssisələrinin yaradılması, təcrübə mübadiləsi və innovasiyaların tətbiqi üçün imkanlar açır ki, bu da hər iki ölkənin maraqlarına tam cavab verir.

- Azərbaycanla Belarus arasında maşınqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi və Belarus texnikasının tədarükü istiqamətində hansı imkanlar mövcuddur?

- Belarus texnikası Azərbaycanda tələbat görür və artıq fəal şəkildə ölkəyə tədarük olunur. Son danışıqların nəticəsi olaraq, kommunal texnikanın tədarükünə dair müqavilələr imzalanıb. Bu da Belarus məhsullarına sabit marağın olduğunu göstərir. Əməkdaşlığın mühüm istiqamətlərindən biri də sənaye kooperasiyasının inkişafıdır – xüsusilə də Gəncə Avtomobil Zavodu kimi müəssisələr bazasında birgə istehsalatın yaradılması. Maşınqayırma sahəsində əməkdaşlığın genişləndirilməsi böyük perspektivlər açır. Birgə müəssisələrin yaradılması istehsal olunan texnikanın yerli şəraitə və bazar tələblərinə uyğunlaşdırılmasına, istehsalın lokallaşdırılmasına və nəticə etibarilə logistika xərclərinin azalmasına xidmət edəcək. Bu həmçinin əlaqədar sahələrin inkişafına, yeni iş yerlərinin yaradılmasına və ölkələrimiz arasında texnoloji əməkdaşlığın dərinləşməsinə təkan verəcək.

- Son illərdə ölkələrimiz arasında ticarət dövriyyəsi necə inkişaf edir? Artım tendensiyası müşahidə olunurmu?

- Son illərdə Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi davamlı müsbət dinamika və aydın artım tendensiyası nümayiş etdirir. Azərbaycan Belarusa neft, neft məhsulları və kənd təsərrüfatı məhsulları ixrac edir. Öz növbəsində, Belarus Azərbaycana maşınlar, avadanlıqlar, ərzaq məhsulları və kimyəvi məhsullar tədarük edir. İkitərəfli ticarət həcminin artması ölkələr arasında etimadın və qurulmuş iqtisadi əməkdaşlıq modelinin effektivliyinin göstəricisidir. Bu, eyni zamanda, tərəfdaşlığın genişləndirilməsi, tədarüklərin şaxələndirilməsi və müxtəlif sahələrdə kooperasiyanın dərinləşdirilməsi üçün yeni imkanlar açır.

- İqtisadi əlaqələrin, xüsusən də investisiyaların artırılması istiqamətində hansı çağırışlar görürsünüz?

- Belarus ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıqda müsbət dinamika müşahidə olunsa da, nəzərə alınmalı olan müəyyən çağırışlar mövcuddur. Bunlar arasında qlobal neft qiymətlərindəki dalğalanmalar və ya dünya iqtisadi böhranlarının nəticələri kimi xarici iqtisadi amillər yer alır. Bu cür hadisələr hər iki ölkədə ümumi investisiya mühitinə təsir göstərə bilər. Bununla belə, qarşılıqlı maraq və siyasi dəstək olduğu təqdirdə bunlar tamamilə aradan qaldırıla bilər. Əsas məsələ normativ bazanın uyğunlaşdırılması, investorlar üçün şəraitin yaxşılaşdırılması və uzunmüddətli tərəfdaşlıq üçün dayanıqlı mexanizmlərin yaradılması istiqamətində işlərin davam etdirilməsidir.

- Belarus biznesinin Azərbaycanda birgə müəssisələrin yaradılmasına marağı varmı?

- Şübhəsiz ki, Belarus biznesinin Azərbaycanda birgə müəssisələrin yaradılmasına marağı mövcuddur. Belarus şirkətləri Bakıdakı “InterFood Azerbaijan” və “Caspian Agro” beynəlxalq sərgisində iştirak edirlər ki, bu da hər iki ölkənin işgüzar və sərgi tədbirlərində fəal iştirakını göstərir. İyun ayında isə Belarusda “Belagro” sərgisi keçiriləcək, burada da əməkdaşlığın inkişafı üçün imkanlar təqdim ediləcək. Hər iki ölkənin beynəlxalq sərgilər və biznes-forumlarda fəal iştirakı işgüzar əlaqələrin qurulmasına və ticarət əlaqələrinin genişləndirilməsinə kömək edir. Hər iki dövlət birgə müəssisələrin yaradılması təşəbbüslərini fəal şəkildə dəstəkləyir. Bu, xüsusilə aqrosənaye kompleksləri, maşınqayırma, texnologiyalar və digər sahələr üçün aktualdır. Azərbaycandakı strateji əhəmiyyətli bazar Belarus biznesinə yalnız daxili bazara deyil, həm də bölgədəki digər ölkələrə çıxış imkanı təqdim edir ki, bu da investorlar və sahibkarlar üçün belə istiqaməti daha cəlbedici edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya və Aİ dizel çatışmazlığının qarşısının alınması ilə bağlı razılığa gələ bilməyib

Eritreya Efiopiya ilə bütün diplomatik əlaqələri kəsib

Tramp Polşada ABŞ hərbi bazasının yaradılmasını istisna etməyib

“Paris Fashion Week” həftəsində Azərbaycan modasının milli ruhu

“Bloomberg”: İran nüvə obyektlərinə beynəlxalq müfəttişlərin giriş şərtini açıqlayıb

Londonda II Beynəlxalq Media Dostluğu Mükafatları təqdim olunub

Almaniya, Niderland və NATO liderləri Avropanın müdafiə imkanlarını müzakirə ediblər

Pentaqon Yaxın Şərqə əlavə 10 minədək hərbçi göndərəcək

Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub

“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb

“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir

Lixtenşteyn millisinin baş məşqçisi: Azərbaycanla heç-heçə bizim üçün yaxşı nəticədir

Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər

Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil

Putin: Azərbaycan “Şimal-Cənub” dəhlizi layihəsinin həyata keçirilməsini dəstəkləyir

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası olub

Media: Moskva vilayətində kimya zavodunda baş verən partlayış nəticəsində 7 nəfər ölüb

Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib

Azərbaycan-Aİ münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

Türkiyədə mədən uçqununun baş verdiyi ərazidə 3 işçinin axtarışları davam edir

Millətlər Liqası: Azərbaycan - Lixtenşteyn oyununda qalib müəyyənləşməyib YENİLƏNİB

Ən yeni müdafiə və təhlükəsizlik texnologiyaları Bakıda bir arada - FOTOREPORTAJ

Putin: Rusiyaya birbaşa hücum olacağı təqdirdə bütün silah arsenalından istifadə məsələsi gündəmə gələcək

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Heydər Əliyev Mərkəzi və Bakı Olimpiya Stadionu Çin bayrağının rəngləri ilə işıqlandırılıb VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Kubanıçbek Ömüralıyev: TDT ölkələri arasında iqtisadi əməkdaşlıq ardıcıl olaraq genişlənir VİDEO

Azərbaycan və Ukrayna arasında vizual sənət körpüsü: yeni art-layihələr planlaşdırılır

FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib

Rumıniyada professor Tasin Cəmilin Osmanlı tarixinə həsr edilən yeni kitabı təqdim olunub

Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib

Rumıniya Şaquli Qaz Dəhlizi layihəsini dəstəkləyir: Azərbaycan marşrutu xüsusi qeyd olunub

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

Azərbaycanın müdafiə sənayesi məhsulları müasirliyi və keyfiyyəti ilə seçilir VİDEO

İngiltərə və Uelsdə yüzlərlə məhbusun vaxtından əvvəl azad edilməsinə başlanılıb

Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək

Azərbaycanlı üzgüçü: Dünya ulduzları ilə yarışmaq bizə böyük motivasiya verir

Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib

Almaniya hökuməti Bundesver hərbçilərinin iki missiyada iştirakının uzadılmasını təsdiqləyib

Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma

Naxçıvanda Sosial Reabilitasiya Müəssisəsinin sakinləri ilə görüş təşkil edilib

Bu saata olan əsas xəbərlər

Çexiyada yanacaq qiymətlərinə nəzarət gücləndirilib

ÇXR-in yaranmasının 77-ci ildönümü münasibətilə Tyananmen meydanında dövlət bayrağı təntənəli şəkildə qaldırılıb

Bakıda “Tashkent Content Market – 2027” beynəlxalq məzmun platformasının təqdimatı olub

Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar

AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib

Tacikistandan olan gənc sənətçi: Azərbaycan musiqisində doğma nəsə hiss edirəm

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Hacıqabulda minik avtomobilləri toqquşub, xəsarət alanlar var VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Kürdəmirdə zəhərlənmə hadisəsinin baş verdiyi restoranın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 4 VİDEO

Macarıstan Avropa Baş Prokurorluğuna üzv olur: qanunvericilik dəyişir

Baş Prokurorluq: Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb

İssık-Kulda “Divanü Lüğat-it-Türk”ə həsr olunmuş sərginin daimi ekspozisiyası açılıb

Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib

Şuşakənd sakini: Həsrətində olduğum torpaqda yaşamaq böyük xoşbəxtlikdir

Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Filip Riker: Mərkəzi Asiya və Qafqaz rifah naminə əməkdaşlığı gücləndirməlidir VİDEO

Millətlər Liqası: Azərbaycan və Lixtenşteyn yığmalarının start heyətləri açıqlanıb

Süni intellektəsaslı ağıllı sistemlər nəqliyyat problemini həll edə bilər? – AÇIQLAMA

Azərbaycan xalqının milli-mədəni irsinin inkişafına töhfələr vermiş şair: Xaqani Şirvani

Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

“Sərhədsiz incəsənət”: “Şabran-2026” Beynəlxalq İncəsənət Simpoziumunun yekun sərgisi

Orta Dəhlizin inkişafı nəqliyyat və logistika infrastrukturuna investisiyaları artırır - ŞƏRH

Cənubi Koreyada yaşlı əhalinin payı 21,6 faizə çatıb

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

AQTA rəsmisi: Qida zəhərlənmələrinin 65 faizdən çoxu məişətdə təşkil olunan kütləvi tədbirlər zamanı baş verir VİDEO

Nazir: Azərbaycanda hər il, hər ay idman sahəsində növbəti uğurlar əldə olunur

Cəlilabadda fərdi yaşayış evində yanğın olub

® Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti ictimai səhiyyə üzrə elmi-praktik konfransda iştirak edib

Ülviyyə Heydərova: Sanki “İnanıram” pyesi ürəyimdə, beynimdə hazır imiş və bir təkliflə üzə çıxdı

Hərbi prokurorluq orqanları arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb

“ADEX” Azərbaycanın müdafiə sənayesinin beynəlxalq təqdimat platformasına çevrilib ŞƏRH

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Metyu Brayza: CAMCA gənc liderlər üçün yeni əməkdaşlıq imkanları açır VİDEO

Hərbi Prokurorluğun rəhbərliyi kursantlarla görüşüb

Orta Dəhlizin inkişafı Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin güclənməsinə töhfə verə bilər – ŞƏRH

“Qızıl Saray” şadlıq evində istehlaka yararsız ətlər aşkarlanıb

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Özbəkistanlı jurnalist: CAMCA ölkələr arasında təcrübə mübadiləsi üçün mühüm platformadır VİDEO

Hikmət Hacıyev: Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə Aİ ilə münasibətlərimizin mühüm istiqamətlərindəndir

Ötən ay 908 mina və 4525 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

Gəncədə zəhərlənmə hadisəsi baş vermiş məktəbin bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB 3 VİDEO

KTN-in vəzifəli şəxslərinin oktyabrda bölgələrdə keçirəcəyi vətəndaş qəbullarının qrafiki təsdiqlənib

Aİ quruma üzv ölkələrdə qalmaq hüququ olmayan şəxslərin geri qaytarılması qaydalarını sərtləşdirib

Azərbaycanda makaron məmulatlarının istehsal həcmi açıqlanıb

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Frederik Starr: Mərkəzi Asiya və Cənubi Qafqazdakı dövlətlər vahid komanda kimi təmsil olunmalıdır VİDEO

Ali Məclisin deputatının mandatı ləğv edilib

Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

"Birliyin Gücü – 2026” birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib YENİLƏNİB VİDEO

Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

ABŞ-də xüsusi qayğıya ehtiyacı olan insanlar üçün Azərbaycan muğamı səsləndirilib VİDEO

Azərbaycandan Lüksemburqa ixracın dəyəri 306 dəfə artıb – QRAFİK

Yeni reallıqlar Azərbaycanın iqtisadi imkanlarını genişləndirir - ŞƏRH

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanın regionlarında sərmayə yatırmaq üçün səmərəli imkanlar yaradılıb - ŞƏRH

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Fuad Kərimov: CAMCA Forumu regionun investisiya potensialının müzakirəsi üçün mühüm platformadır VİDEO

Azərbaycanın müdafiə sənayesinin beynəlxalq bazara çıxış imkanları genişlənir - ŞƏRH

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“ADEX 2026”da Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən 130 adda məhsul nümayiş olunur VİDEO

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

Xankəndidə mina təhlükəsinə dair yekun maarifləndirmə təlimləri təşkil edilib

BMT gübrə yüklərinin Hörmüz boğazından keçməsinə imkan verəcək mexanizm hazırlayıb

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib

Azərbaycan idmançılarının reytinq cədvəlində dəyişiklik olub

Karib hövzəsi ölkələri ASAN modelini öyrənir

Ərdoğan: Ölkədəki hər siyasi partiyanın prioriteti Türkiyə olmalıdır