BELÇİKA HÖKUMƏTİ ALMANİYA QƏZET VƏ JURNALLARINA EMBARQO QOYMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri Almaniyanın “Focus” jurnalına istinadla xəbər verir ki, Belçika hökuməti öz səhifələrində daimi olaraq tütün məmulatını və siqareti reklam edən alman qəzetlərinin, xüsusilə Avropa Birliyi məkanında populyar “Spiegel”, “Stern”, “Focus” və digər jurnalların Belçika ərazisinə gətirilməsinə və ya onların nüsxələrinin ölkədə təkrar nəşr olunmasına qarşı qadağa qoyulması barədə qərar qəbul etmiş və Avropa Komissiyasının təsdiqinə göndərmişdir. Avropa Komissiyası Brüsselin bu qərarını bəyənmişdir. Qərar bu ilin avqust ayından etibarən qüvvədə olacaqdır.
Belçika hökuməti Almaniya qəzet və jurnallarının ölkə ərazisinə gətirilməsi və yaxud burada nüsxələrinin təkrar nəşr olunmasının tamamilə əleyhinə olmadığını da bildirməklə xəbərdarlıq edir ki, ölkə ictimaiyyəti Almaniya qəzet və jurnallarının tütün məmulatı və siqaret reklamları dərc olunmayan nüsxələrini oxumaq arzusundadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [17:23]
Labubu dünya çempionatının açılış mərasimində iştirak edib
- 12.06.2026 [16:26]
Pakistanda terror aktı nəticəsində azı 1 mülki şəxs ölüb, 7 polis yaralanıb
- 12.06.2026 [16:10]
Fransa 2027-ci il prezident seçkilərinədək büdcəsiz qala bilər
- 12.06.2026 [15:59]