Belçika millisinin baş məşqçisi: İlk hissədə problemlərimiz oldu
Bakı, 9 sentyabr, AZƏRTAC
Üç xal qazandığımız üçün xoşbəxtik. Performansımız ürəkaçan deyildi. Daha yaxşı oyun göstərə bilərdik.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Avro-2024”ün V turunda keçirilən Azərbaycan - Belçika (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Domeniko Tedesko deyib.
Otuz yeddi yaşlı mütəxəssis ikinci qolu vurmalı olduqlarını deyib: "İlk hissədə topla oynamaqla bağlı problemlərimiz oldu. İkinci qolu vurmalıydıq”.
Çalışdırıcı Azərbaycan millisinin qol vurmaq şanslarının olduğunu söyləyib: "Rəqib kifayət qədər şanslar yaratdı. Komanda olaraq necə müdafiə olunduğumuza və necə fürsətlər qaçırdığımıza baxacağıq. Çox adama oyun asan görünər. Renat Dadaşovun yaxşı baş zərbəsini qapıçımız qaytardı. Bəzi məqamlarda bəxtimiz gətirdi".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]
Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək
- 30.09.2026 [10:33]