Belçikada sinaqoq yaxınlığında partlayış baş verib
Brüssel, 9 mart, AZƏRTAC
Belçikanın Lyej şəhərində sinaqoq yaxınlığında gecə saatlarında baş verən partlayışla bağlı polis araşdırmalara başlayıb.
AZƏRTAC xəbər verir ki, hadisə bazar günündən bazar ertəsinə keçən gecə, yerli vaxtla təxminən saat 04:00 radələrində qeydə alınıb.
İlkin məlumata görə, partlayış sinaqoqun qarşısında yerləşən küçədə baş verib və nəticədə yaxınlıqdakı binaların pəncərələri sınıb. Hadisə zamanı xəsarət alan olmayıb, lakin maddi ziyan qeydə alınıb.
Şəhərin meri Villi Demeyer baş verən hadisəni pisləyərək bildirib ki, istintaqı polis strukturunun terrorla mübarizə bölməsi aparır. Hüquq-mühafizə orqanları partlayışın səbəblərini və mümkün şübhəliləri müəyyənləşdirməyə çalışır. Prokurorluğun da araşdırmaya qoşulacağı gözlənilir.
Hadisənin motivi və partlayışın necə törədildiyi barədə rəsmi məlumat verilməyib, araşdırma davam edir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]