Belçikalı güləşçi: Püşkdə azərbaycanlı rəqib görəndə çətin mübarizəyə hazır oluruq
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan güləş məktəbi çox güclüdür və oradan həmişə yaxşı güləşçilər çıxır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında yunan-Roma güləşi üzrə Belçika millisinin üzvü İbrahim Tabaev deyib.
O, Azərbaycan güləşçilərinin bir çoxunun beynəlxalq yarışlarda yüksək nəticələr qazandıqlarını, buna görə də onlara böyük hörmətlə yanaşdığını söyləyib: “Mən özüm 82 kiloqramda çıxış etsəm də, aşağı çəkilərdəki rəqabəti həmişə maraqla izləyirəm. Xüsusilə 72 kiloqramda Ruslan Nurullayevin adını çəkmək istəyirəm. Onu yaxşı idmançı kimi tanıyıram və çıxışlarını da izləyirəm. Ümumiyyətlə, Azərbaycan güləşçiləri məğlubiyyəti qəbul etmirlər, sona qədər mübarizə aparırlar. Biz beynəlxalq turnirlərdə püşk atılanda rəqib qismində Azərbaycan təmsilçisini görəndə bilirik ki, bizi ən ağır və ən maraqlı 6 dəqiqə gözləyir".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]