Belçikalı rəssamın əsəri hərracda 121,2 milyon dollara satılıb
Bakı, 20 noyabr, AZƏRTAC
Belçikalı sürrealist rəssam Rene Maqrittin “İşıq imperiyası” adlı tablosu Nyu-Yorkda “Christie's” hərracında 121,2 milyon dollara satılıb.
AZƏRTAC “The Wall Street Journal” nəşrinə istinadla xəbər verir ki, bu, ilin əvvəlindən bəri satılan sənət əsərləri üçün rekord qiymətdir. Maqritt tərəfindən 1954-cü ildə çəkilmiş tablonu anonim şəxs telefon vasitəsilə alıb.
“İşıq imperiyası” ağaclarla əhatə olunmuş evləri təsvir edən eyniadlı 17 rəsm seriyasıdır. Səciyyəvi cəhəti ondan ibarətdir ki, evlər və ağaclar gecə işığında, onların üzərindəki səma isə gündüz işığında çəkilib. “Christie's” tərəfindən satılan rəsm əsəri seriyanın ən böyüyüdür və hündürlüyü təxminən 1,2 metrdir.
Həmçinin hərracda müasir amerikalı rəssam Edvard Ruşanın bir tablosu 68,3 milyon dollara satılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [15:41]
Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb
- 07.10.2026 [15:02]
Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb
- 07.10.2026 [15:01]
Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb
- 07.10.2026 [14:58]
Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb
- 07.10.2026 [14:52]
ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq
- 07.10.2026 [14:47]
Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib
- 07.10.2026 [14:18]