BELÇİKALILAR QƏRBİ AVROPADA ƏN VARLI ADAMLAR HESAB EDİLMİŞLƏR
AZƏRTAC RİA agentliyinə istinadla xəbər verir ki, belçikalılar Qərbi Avropa ölkələrinin vətəndaşları arasında ən varlı adamlar sayılırlar və bu göstərici üzrə onlar isveçrəliləri ötüb keçmişlər. GFK Worldwide statistika şirkətinin məlumatına əsasən, Belçikanın hər üç sakinindən biri daşınmaz əmlakdan əlavə, 50 min avrodan artıq kapitala malikdir. Qərbi Avropada bu göstərici orta hesabla 13 faizdir.
Bununla birlikdə, Antverpen universiteti sosioloqlarının tədqiqatına əsasən, Belçika əhalisinin 15 faizi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Onların maksimum aylıq gəliri 772 avrodur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]
Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb
- 07.10.2026 [15:41]