Belqradda Serbiya-Azərbaycan biznes-forumu keçiriləcək
Azərbaycan sahibkarları biznes forumda iştirak etməyə dəvət olunurlar
Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 28-də Serbiyanın paytaxtı Belqrad şəhərində Serbiya-Azərbaycan biznes-forumu keçiriləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, biznes-forum Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində keçiriləcək və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Serbiyanın Ticarət və Sənaye Palatası (CCIS) tərəfindən birgə təşkil olunacaq.
İqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar Serbiya-Azərbaycan biznes-forumunda iştirak etməyə dəvət olunurlar.
Forumda iştirak etməklə əlaqədar bütün xərclər sahibkarlar tərəfindən qarşılanacaq.
Tədbirdə iştirak etmək istəyən sahibkarlar aprelin 17-dək AZPROMO-ya müraciət edə bilərlər.
Əlaqə: Tel.: (+994 12) 598-01-47/48 (daxili 3641).
E-mail: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]