BENİLÜKS AZƏRBAYCANLILAR KONQRESİ “AÇIQ QAPI” GÜNLƏRİ KEÇİRƏCƏK
Hollandiyada fəaliyyət göstərən Benilüks Azərbaycanlılar Konqresinin mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, qurum öz fəaliyyətini təkmilləşdirmək, Azərbaycan həqiqətlərini Benilüks ölkələrində yaymaq üçün “Açıq qapı” günləri keçirmək qərarına gəlmişdir. Məqsəd Belçika, Hollandiya, Lüksemburq və Avropanın digər ölkələrində yaşayan soydaşlarımızın bu barədə fikirlərini öyrənmək, onları narahat edən problemləri müzakirə etməkdir. Üç aydan bir keçiriləcək “Açıq qapı” günlərində qürbətdə yaşayan azərbaycanlıların diaspor birliklərinin təşkilatlanaraq, ölkəmiz ətrafında daha sıx birləşmələri, fəaliyyətlərinin genişləndirilməsi və bu istiqamətdə daha səmərəli işlər görülməsi ilə bağlı rəy və təkliflər öyrəniləcəkdir.
İlk belə görüş avqustun 5-də keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]