Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirəcəkdir
Paris, 8 fevral (AZƏRTAC). Əsas qərargahı Amsterdamda yerləşən Benilüks Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən bildirmişlər ki, qurum Xocalı faciəsinin 21-ci ildönümü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirəcəkdir. Benilüks məkanındakı ölkələrin əhalisinə ermənilərin Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri vəhşiliklərlə bağlı bir neçə dildə hazırlanmış əyani vəsaitlər, o cümlədən kitablar, broşürlər, fotolar, video materiallar və konqresin bəyanatı paylanacaqdır.
Tədbirlər planında fevralın 20-dən 26-dək Benilüksdə Xocalı həftəsi elan edilməsi, mövcud əyani vəsaitlərin çoxaldılaraq paylanması, yerli KİV-lərdə məlumatların yayılması nəzərdə tutulmuşdur. Bundan başqa, Benilüks Azərbaycanlıları Konqresinin və Azərbaycan Hollandiya Həmrəylik Cəmiyyətinin təşəbbüsü ilə “Xocalı soyqırımı - insanlığa qarşı cinayət” mövzusunda sərgi təşkil olunacaqdır. Sərgidə Xocalı faciəsini əks etdirən materiallar nümayiş etdiriləcəkdir. Xocalı faciəsi ilə bağlı keçirilən tədbirlərdə Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məsul şəxslərinin, Benilüks ölkələri rəsmilərinin, diplomatik korpusun əməkdaşlarının, beynəlxalq təşkilatların rəhbərlərinin, yerli ictimaiyyətin nümayəndələrinin və tələbələrimizin iştirakı nəzərdə tutulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]