Bərdədə arpa sahələrində məhsuldarlıq 39,8, buğda zəmilərində isə 45,1 sentnerdir
Bərdə, 30 iyun, AZƏRTAC
Bərdə rayonunda taxıl biçininin vaxtında və itkisiz başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub.
Bərdə Rayon Statistika İdarəsinin rəisi Əlövsət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu il rayonda 11 min 38 hektar sahədə payızlıq taxıl əkilib. Bunlardan 8511 hektarı buğda, 2527 hektarını arpa əkinləridir. Rayonda arpa biçini artıq yekunlaşıb. Sahələrdən 10 min 57,5 ton məhsul toplanıb. Arpa üzrə orta məhsuldarlıq 39,8 sentnerdir. Bərdəli fermerlər buğda zəmilərinin də 6672 hektarında biçin aparıb, 30 min 95 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı 45,1 sentner təşkil edir.
Qeyd edək ki, Bərdə taxılçıları keçən il 11 min 642 hektar taxıl sahəsindən 50 min 170 ton məhsul, o cümlədən 40 min 52 ton buğda, 10 min 118 ton arpa əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 44,3 sentner, arpa sahələrində isə 38,9 sentner olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]