Bərdədə keçirilən aksiyada 500 ədəd Eldar şamı əkilib
Bərdə, 25 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
27 sentyabr - Anım Günü münasibəti ilə Bərdə rayonunda ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Bərdə-Ağdam magistral yolunun rayonun Şirvanlı, Əliyanlı, Uğurbəyli, Kətəlparaq, Kələntərli kəndləri ərazisindən keçən hissəsində 500 ədəd Eldar şamı əkilib. Əkilən ağaclar suvarılıb və aqrotexniki qaydada qulluq göstərilib.