BƏRDƏDƏ QAZ SAYĞACLARI QURAŞDIRILIR
Bərdə şəhərində qaz sayğaclarının quraşdırılmasına başlanmışdır. Rayon qaz istismarı idarəsindən AZƏRTAC-a bildirmişlər ki, 4 min 240 abonent qaz sayğacları ilə təmin ediləcəkdir. İndiyədək 750 nəfər abonentin mənzilinə sayğac qoyulmuşdur. İlin axırınadək şəhərdə 1050 ədəd qaz sayğacı quraşdırılacaqdır. Sayğacların quraşdırılması dövlət vəsaiti hesabına aparılır. Şəhərin 30 küçəsində qazlaşdırma işi artıq başa çatdırılmışdır. Təbriz küçəsinə qaz çəkilişi davam edir. Rayonun Qaradağlı və Divanlı kəndlərinin sakinləri də təbii qazdan istifadə edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]