Bərə ilə avtomobil daşımalarında son 5 ilin rekordu yenilənib
Bakı, 16 yanvar, AZƏRTAC
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) bərə gəmiləri ilə 2025-ci ilin dekabr ayında 4476 avtomobil daşınıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, bununla da 2020-ci ilin iyul ayında qeydə alınmış 4 379 avtomobil daşınması üzrə əvvəlki rekord yenilənib və bu, son 5 ilin ən yüksək göstəricisi olub.
2025-ci ilin noyabr ayında isə bərə gəmiləri ilə 3243 avtomobil daşınıb. Beləliklə, avtomobil daşımalarının həcmi dekabr ayında noyabr ayı ilə müqayisədə təxminən 38 faiz artıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]