BERLİNDƏ ALMAN-AZƏRBAYCAN FORUMUNUN FƏXRİ İDARƏ HEYƏTİNİN İLK İCLASI KEÇİRİLMİŞDİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 20-də Berlində, şəhər parlamentinin binasında Alman-Azərbaycan Forumunun fəxri idarə heyətinin ilk iclası keçirilmişdir.
Toplantıda Bundestaqın bir neçə üzvü, müxtəlif alman şirkətlərinin nümayəndələri, elm, mədəniyyət xadimləri, Azərbaycan diasporasının fəalları iştirak etmişlər.
İlk iclasda yeni sədr, idarə heyətinin üzvləri seçilmişdir. Hazırda foruma Otto Hauzer sədrlik edir. O, 14 il Bundestaqın üzvü olmuşdur, Helmut Kol hökumətində dövlət katibi vəzifəsində işləmişdir. Forum Almaniyada Azərbaycanla bu səviyyədə məşğul olan yeganə cəmiyyətdir. Qurumun məqsədi iki ölkə arasında siyasi, iqtisadi, mədəni, humanitar sahədə münasibətlərin inkişafına töhfə verməkdir.
Dövlət Komitəsindən onu da bildirmişlər ki, Forum 1996-cı ildə yaradılsa da, uzun müddət fəaliyyətsiz qalmışdır. 2006-cı ildə Azərbaycanın Almaniyadakı səfirliyinin təşəbbüsü ilə qurum fəaliyyətini bərpa etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]