BERLİNDƏ AZƏRBAYCANIN MİLLİ BAYRAMI – RESPUBLİKA GÜNÜ MÜNASİBƏTİLƏ QƏBUL
Azərbaycanın Almaniyadakı səfiri Hüseynağa Sadıqov milli bayramımızı təbrik etməyə gəlmiş 200-dən artıq qonağı salamlayaraq, onlara ölkəmizin müstəqillik tarixindən, inkişafından, dünya dövlətləri arasında mövqeyindən və günü-gündən artan beynəlxalq nüfuzundan danışmışdır. Səfir Almaniya-Azərbaycan münasibətlərinə toxunaraq bildirmişdir ki, bu dostluq münasibətləri qədim tarixə malikdir. Almaniya ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdəndir. 1996-cı ilin iyununda Azərbaycan Prezidenti Heydər Əliyevin Almaniyaya rəsmi dövlət səfərindən sonra ölkələrimiz arasında əlaqələr daha sürətlə inkişaf etməyə başlamışdır. Səfir böyük əminliklə vurğulamışdır ki, ölkəmizin Prezidenti İlham Əliyevin fəaliyyəti dövründə də Almaniya-Azərbaycan münasibətləri genişlənəcək və inkişaf edəcəkdir.
Bayram mərasimi Almaniyada yaşayıb-yaradan soydaşımız, bəstəkar - orqançı, Yohan Sebastian Bax mükafatı laureatı Arif Mirzəyevin konsert proqramı ilə davam etmişdir.