BERLİNDƏ “TÜRK MƏDƏNİYYƏTİ GÜNÜ” ŞƏNLİKLƏRİ KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Berlində ənənəvi “Türk-Avropa Mədəniyyəti Günü” şənliyi keçirilmişdir. Türk Camaatı Cəmiyyətininin “Biz Berlində görüşürük” devizi altında keçirdiyi 6-cı izdihamlı dostluq şənliyində türk və türkdilli xalqların minlərlə nümayəndəsi iştirak etmişdir.
Bu dəfəki tədbiri türk və Azərbaycan diasporu birgə təşkil etmişlər. Azərbaycan diaspor təşkilatlarının nümayəndələri, Azərbaycan-Türk Dostluq və Əməkdaşlıq cəmiyyətləri fəallarının qatıldığı mərasimdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da iştirak etmişlər.
Tədbirdən məqsəd Almaniyada yaşayan iki milyona qədər türk ilə alman xalqı arasında qarşılıqlı etibar və inama söykənərək, dostluq şəraitində birgəyaşayışa, tolerantlığın daha da inkişafına yeni töhfələr verməkdir.
Mərasimlər iyunun 30-da Berlinin Anhalter Bahnfof meydanında başlamışdır. İştirakçılar “17 İyun küçəsi” boyu Paris Meydanı və Brandenburq qapıları istiqamətində yürüş keçirmişlər. Burada türk xalqlarının folkloru, milli musiqisi, rəqsləri nümayiş etdirilmiş, zəngin türk mətbəxindən ibarət sərgi açılmışdır.
Şənlik mərasimləri iyulun 2-də başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]