Berluskoni İtaliyanın “Montsa” futbol klubunun yeni sahibidir
Bakı, 28 sentyabr, AZƏRTAC
Əvvəllər “Milan” futbol klubunun sahibi olmuş İtaliyanın sabiq Baş naziri Silvio Berluskoni italyan çempionatının üçüncü dəstəsində çıxış edən “Montsa” komandasını satın almaqla bağlı danışıqları başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, bu məlumatı “Football Italia” portalı klubun mətbuat üçün açıqlamasına istinadla yayıb. “Montsa”nın icraçı direktoru bundan əvvəl “Milan” klubunun vitse-prezidenti olmuş Adriano Qalliani təyin edilib. Klubun səhmdarlarının toplantısında direktorlar şurasının yeni tərkibi də təsdiq olunub.
Berluskoni 1986-cı ildən “Milan”ın sahibi olub. Onun vaxtında klub səkkiz dəfə İtaliya çempionatının və beş dəfə Avropa Çempionlar liqasının qalibi titulunu qazanıb. 2017-ci ildə Berluskoni “Milan”ı 860 milyon dollar qarşılığında çinli biznesmen Li Yunhuna satıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]